Yaponiyada Ledi Qaqa "zəlzələsi"

Yaponiyada Ledi Qaqa "zəlzələsi"

23 İyun 2011 15:15
953
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxt Tokioda zəlzələ və sunamidən əziyyət çəkənlər üçün konsert verməyə hazırlaşan Ledi Qaqa mətbuat konfransı keçirtdi. O, Yaponiyanın gəzməli-görməli ölkə olduğuna diqqət çəkdi. Qaqa burada qalacağı 1 həftə içində səyahət edəcək. Hökumətdən ona təşəkkür məktubunun gəldiyini öyrənən müğənni göz yaşlarına hakim ola bilmədi. Qaqanın "MTV" tərəfindən təşkil olunan konsertindən əldə olunacaq gəlir isə yaponiyalı zərərçəkmişlər üçün xərclənəcək.

Ledi Qaqa Yaponiya səyahəti ilə zəlzələ yaratdı. Bu zaman göz yaşları sunamiyə döndü...

Günel Həbib

O.M.