Corc Kluni sevgilisindən ayrıldı

Corc Kluni sevgilisindən ayrıldı

23 İyun 2011 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun zamandır birlikdə olan Corc Kluni ilə sevgilisi Elizabetta Kanalisin sevgi münasibəti nöqtələndi. "The Ocean's Eleven" filmi ilə Hollivudun ən parlaq isimləri arasına girən Kluni model sevgilisindən ayrıldı. Əks tərəf, "Artıq birlikdə deyilik. Bu, çox çətin və özəl bir problemdir. Ümid edirəm ki, hər kəs bizim şəxsi həyatımıza hörmət edər", - deyə bildirib. Cütlük ən son ötən həftə İtaliyada görüntülənmişdi. May ayında Beverli Hilsdə 50-ci doğum gününü qeyd edən aktyorun sevgilisi ilə yollarını nəyə görə ayırdığı isə sual işarəsi altındadır.

Sual bir azdan vergüllə əvəz olunacaq. Çünki artistlər sevgililərini corab kimi dəyişirlər.

Günel Həbib

O.M.