İlhamə Quliyeva: "İndən belə bütün varlı, sanballı toylara gedəcəm!"

İlhamə Quliyeva: "İndən belə bütün varlı, sanballı toylara gedəcəm!"

23 İyun 2011 12:58
Bəyəndim (0) Bəyənmədim (0)
Şou biznes əhlinə sərt ismarış


Xalq artisti İlhamə Quliyevanın son açıqlaması şou biznes əhli üçün sərt ismarış oldu.

"Elə müğənnilərimiz var ki, özünə şər atır. Qiymətlərini qaldırır, halbuki, həmin məbləğin yarıdan yarısına toylarda oxuyur. Bunu həmkarlarımdan çoxu təsdiqləyə bilər. Bir tanışımın toyuna pulsuz, qonaq kimi getmişdim. Həmin dostumdan soruşdum ki, bu, efirlərdə söylədiyi qiymətə gəlib? Dedi ki, nə danışırsınız? O, papağını göyə atdı mənim verəcəyim məbləği eşidəndə. Mən özümdən çox razıyam. Çünki mən çox yaxşı insanam, xeyirxaham, özümü xanım kimi aparmağı bacarıram. Gör kimin ailəsində böyümüşəm. Toylara getmirəm. Desəm ki, toya gedirəm, inanın ki, oxuyacağım bir toydan beşini tuta bilərəm", - deyən İlhamə Quliyeva üzünü həmkarlarına tutub açıqlama verdi:

"İndən sonra toylara gedəcəm. Amma lazımi, səviyyəli toylara. Özü də lazımi güzəştə gedəcəyəm. Bütün varlı, sanballı toyları mən idarə edəcəm!"

Xalq artisti xalqın içində olmağa qərar verdi...

Könül Aypara

O.M.