Fərhad Bakinski haralardadır?

Fərhad Bakinski haralardadır?

23 İyun 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)


Bir vaxtlar şanson mahnıları ilə şou-biznesdə at oynadan Fərhad Bakinskini indiki nəslin nümayəndələri, görəsən, tanıyırmı? Çox güman ki, yox. O, yadda qala bilmədi. Ancaq səhnəyə gətirdiyi "Bagira" ləqəbli xanım mahnıları, səsi ilə olmasa da, qeyri-adi müsahibələri, həmçinin görüntüləri ilə uzun müddət yaddaşlarda qalmağı bacardı. Nə isə...

Mediaya verdiyi sonuncu müsahibəsində /2010-cu il, 16 mart/, "mən yaradıcılığımı dayandırmamışam, "Мои года (Mənim illərim)" adlı mahnıya klip çəkdirəcəyəm, rejissorluğunu da özüm edəcəyəm. Hazırda başım qızım Xananın albom işlərinə qarışıb. Tezliklə onun mahnılarından ibarət albom işıq üzü görəcək", - desə də, hələ ki nə onun özündən, nə də qızı Xananın yeniliklərindən xəbər-ətər yoxdur. Ancaq bir neçə gün öncə Fərhad Bakinskinin Mərdəkan qəsəbəsində yerləşən restoranlardan birində hər gecə qonaqları əyləndirməklə məşğul olduğunu öyrəndik.

"Mənim illərim" mahnısına klip çəkdirəcəyini deyən B.Fərhad unudur ki, illər sürətlə ötüb keçir, öz üzərində işləməyən unudulub gedir...

Könül Aypara

O.M.