"O eski halimden haber yok şimdi..."

"O eski halimden haber yok şimdi..."

23 İyun 2011 13:27
Bəyəndim (0) Bəyənmədim (0)
İbrahim xəstəxanada yıxıldı

Bir müddət bundan öncə sizlərə İbrahim Tatlısəsdən xoş xəbər çatdırmışdıq. Belə ki, müğənni xəstəxananın pəncərəsi önündə ayağa qalxaraq, heyranlarını salamlamışdı. Amma elə bil imperatora göz dəydi! Aldığımız son məlumata görə, o, müalicə olunduğu xəstəxanada tək başına yeriyərkən tarazlığını saxlaya bilməyib. Nəticədə huşunu itirib, yerə yıxılıb. Onun başı zərblə döşəməyə dəyib. Həkimlər Tatlısəsə ilk yardımı elə yerdəcə ediblər. Hazırda onun vəziyyəti sabitdir. Onu da əlavə edək ki, İbo bu hadisədən sonra yamanca hirslənib, qışqırıb-bağırıb. Onun bu qəzəbini vulkan püskürməsinə də bənzədənlər var.

Özü yıxılan ağlamaz...

Günel Həbib

O.M.