Azad Şabanov seriala çəkilib

Azad Şabanov seriala çəkilib

23 İyun 2011 12:55
880
Bəyəndim (0) Bəyənmədim (0)

"Yeni ulduz" müsabiqəsinin iştirakçısı olmuş, hər il "Eurovision" müsabiqəsinə qatılmaqdan ötrü dəridən-qabıqdan çıxan gənc, amma olduqca istedadlı müğənni Azad Şabanov haqda yeniliklərimiz var. Etibarlı mənbədən aldığımız məlumata görə, Azad seriala çəkilib.

Üç seriyadan ibarət olan rolik, əslində, kliplərə əsaslanıb. Üç mahnıya klip çəkdirmiş müğənni yenilik etmək məqsədilə belə bir addım atmaq qərarına gəlib. Bir-birini tamamlayan kliplər bir növ serial xarakteri daşıyır.

Artıq işlər demək olar ki, tamamlanıb. Tezliklə 1 serialdan ibarət olan üç klipin təqdimat mərasimi keçiriləcək və bundan sonra çox güman ki, Azadı səhnəyə çıxaran ATV telekanalında yayımlanacaq. Şabanovun şou-biznesdəki bu yeniliyinə qiymət vermək isə biz tamaşaçıların ixtiyarına düşür.

Normal seriallarımız olmadığından heç olmasa Azadın klipləri ilə başımızı qatarıq...

Könül Aypara

O.M.