Deniz Çakırın çəkildiyi serial nədən çökdü?

Deniz Çakırın çəkildiyi serial nədən çökdü?

9 Dekabr 2014 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, ünlü aktrisa Deniz Çakırın kürd vəkili rolunu canlandırdığı "Aşkın dili yok" serialı yayım üçün kanal tapa bilmədiyindən "stop" edildi. Deyilənə görə, çəkilişlərin dayandırılmasına siyasi səbəb oldu. Belə ki, iki hissəsi çəkilmiş serialda kürdlərlə bağlı bəzi məqamlar yer aldığından heç bir telekanal rəhbəri məsuliyyəti boynuna götürməyib.

Çəkiliş qrupu artıq yeni serial üzərində işlərə başlayıb. "Alabora" adlı serialda Deniz Çakıra yenə də baş rol veriləcəyi gözlənilir.

Günel Həbib