Özgü Namalın həyat yoldaşı barədə şok məlumatlar ortaya çıxıb!

Özgü Namalın həyat yoldaşı barədə şok məlumatlar ortaya çıxıb!

8 Dekabr 2014 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Dörd aylıq hamilə olan ünlü sənətçi Özgü Namalın əri haqda şok məlumatlar otaya çıxıb. Məlum olub ki, bu, Serdar Oralın birinci deyil, ikinci deyil, üçüncü evliliyi imiş!

Serdar ilk dəfə almaniyalı xanım Engel Horunhuberlə ailə həyatı qurub, hansı ki, bu evlilikdən cütlüyün iki qız övladları var. İkinci xanımı isə türkdür. Pınar Akıncıdan da bir qızı var.

2006-cı ildən "Sun Vital Solaryum"un baş direktoru vəzifəsində çalışan S.Oralın birinci evlilikdən olan böyük qızı Pınar artıq nişanlanıb. Hazırda Serdar Özgü ilə rəsmi qaydada ailə həyatı qurub və cütlük körpənin gəlişini səbirsizliklə gözləyir.

Xatırladaq ki, dəfələrlə Serdarla yaxalanan Namal, "evlənməyəcəyik", - deyə açıqlama versə də, onlar hər şeyə rəğmən ailə həyatı qurdular. Onu da xüsusilə vurğulayaq ki, bu günlərdə Özgü Namal həyat yoldaşına 2014-cü ilin Harley Davidson modelli motosikletini bağışlayıb.

Günel Həbib