Gənc meyxanaçının ölümünə diş çəkdirməsi səbəb olub - FOTO

Gənc meyxanaçının ölümünə diş çəkdirməsi səbəb olub - FOTO

8 Dekabr 2014 11:19
Bəyəndim (0) Bəyənmədim (0)
O, Hepatit virusundan əziyyət çəkirmiş

İsmət adlı meyxanaçı dişini çəkdirdikdən sonra qanaxmanın qarşısını almaq mümkün olmayıb. Beləcə, gənc faciəvi şəkildə vəfat edib.

Mərhumun atası "Adam içində" verilişində oğlunun ölümünün əsl səbəbini açıqlayıb:

"Balam qan xəstəliyi olan hemofoliyadan əziyyət çəkirdi. Məhz bu səbəbdən qanaxmanın qarşısını almaq mümkün olmadı. Yeganə övladımı itirmişəm, çox ağırdır. Sizin oğlumu yad etməniz bizə təsəlli verdi. Çox sağ olun".

İsmət eyni zamanda Hepatit virusu daşıyıcısı da olub./ans/

Mediainfo.az