Azis İstanbulda konsert verəcək

Azis İstanbulda konsert verəcək

5 Dekabr 2014 11:32
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni bu dəfə kişi geyimlərindən istifadə etmək istəyir

Mediainfo.az-ın əldə etdiyi xəbərə görə, tanınmış Bolqarıstan qaraçılarından olan müğənni Azis dekabrın 6-da İstanbulda konsert proqramı ilə çıxış edəcək. Adətən hündürdaban ayaqqabı geyinən, qadın geyimlərindən istifadə edən, uzun sırğalar taxan popçu bu dəfəki konsertində tərzini dəyişmək qərarına gəlib. O, türk tamaşaçılarının qarşısına kişi formasında çıxmaq istəyir.

Onu da əlavə edək ki, Azis Maslak Arenada konsert verəcək. Artıq VİP biletlər satışda yoxdur. Ümumiyyətlə, Türkiyədə popçunun ifasını dinləmək istəyənlərin sayı-hesabı olmadığından konsertin biletləri satılıb.

Günel Həbib