Faiq Ağayevin dəstək olduğu xanım müğənni Həcər  "Peşmanam" dedi

Faiq Ağayevin dəstək olduğu xanım müğənni Həcər "Peşmanam" dedi

4 Dekabr 2014 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə xalq artisti, bəstəkar Elza İbrahimovanın sonuncu bəstələrindən olan mahnısına çəkilən klipin təqdimatı olub. Gənc müğənni Həcər Əliyevanın ifa etdiyi və eyniadlı mahnıya çəkdirdiyi klip onu sevənlərin böyük marağına səbəb oldu.

Mediainfo.az-ın məlumatına görə, sözləri Vahid Əzizə, musiqisi Elza İbrahimovaya məxsus olan "Peşmanam" mahnısına çəkilən klipin süjet xətti hamının diqqətini çəkib. Belə ki, klipdəki süjetlər Böyük Vətən müharibəsi illərini əhatə edir. Tamaşaçılara nostalji hissləri bəxş edən klip iki gəncin sevgi münasibətlərini özündə əks etdirir.

Keçirilən tədbirdə KİV nümayəndələri ilə yanaşı, şou-biznesin tanınmış simaları da iştirak edirdiAktyor Elnur Kərimovun aparıcı olduğu tədbirdə Həcərə hər zaman dəstək olan xalq artisti Faiq Ağayev və şair Vahid Əziz səbəbkarın ünvanına xoş sözlər deyiblər.

Nəhayət müğənninin prodüseri, şou-biznesdə öz sözünü yetərincə deyən Humay Muxtarovanın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə klip nümayiş olunub və səs-küylü alqışlarla qarşılanıb.

Qeyd edək ki, klipin rejissoru Elnur Əliyev, operatoru Asif Şirəliyev, quruluşçu və geyim üzrə rəssamı Mehriban Əfəndiyevadır.

Yaxın günlərdə klip tam versiyası ilə təqdim olunacaq.