Kvanç Tatlıtuğ haqqında gəzən şayiələri rədd etdi: "Elə bir şey yoxdur!"

Kvanç Tatlıtuğ haqqında gəzən şayiələri rədd etdi: "Elə bir şey yoxdur!"

4 Dekabr 2014 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az-ın məlumatına görə, Kvanç Tatlıtuğ sevgilisi Başak Dizerlə Paris səyahətindən dönər-dönməz elə hava limanındaca media nümayəndələrinin kameralarına tuş gəlib. Sən demə, yaraşıqlı aktyor vətənində olmadığı müddət ərzində onun haqqında şayiələr gəzibmiş. Deyilənə görə, Kvanc Amerikaya yerləşməyi planlaşdırıb. Aktyor bu xəbərin yanlış olduğunu vurğulayaraq, "elə bir şey yoxdur! Mən burda xoşbəxtəm", - deyə bildirib.

Daha sonra o, Paris səyahətindən məmnun qaldığını etiraf edib:

"Türk filmlərinin Parisdə keçirilən festivalda nümayiş olunmasından qurur duyuram. Cem Yılmazın filmi çox gözəldir. Fikrimcə, layiq idi. "Kelebeyin Rüyası" filmimiz də ilk beşliyə düşdü. Xoşbəxtik".

Günel Həbib