Səməd Səmədov: "Sevdanı ərə vermişəm"

Səməd Səmədov: "Sevdanı ərə vermişəm"

2 Dekabr 2014 18:48
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Səməd Səmədov ayrıldığı duet ortağı müğənni Sevda Əliqızıdan danışıb. "Space" kanalında yayımlanan "Günaydın" verilişinə zəng edən S.Səmədov bildirib ki, S.Əiqızı keçən il gizli şəkildə ailə qurub: "

"O, keçən il ərə gedib. Ona mən xeyir-dua vermişəm. Həyat yoldaşı ilə toya da gedib. Hələ mən soruşdum ki, kimdir bu? Dedi ki, ərimdir".

S.Əliqızı isə S.Səmədovun yalan danışdığını deyib: "Mən ailə qurmamışam. Sən kimsən ki, mənə xeyir-dua verirsən? Mənim anam, oğlum var. Sənin mənim ailəmlə işin olmasın. Yavaş-yavaş çaşırsan. Mən səninlə qurtarmışam. Arxadan atılan daş topuğa dəyər. Mənim sənə hörmətim də yoxdur".

Mediainfo.az