"Ömər baba" artıq yoxdur

"Ömər baba" artıq yoxdur

22 İyun 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)
"Kurtlar vadisi" yeni mövsümə onsuz davam edəcək

"Kurtlar vadisi" serialının sevilən xarakteri "Ömər baba"nı canlandıran Emin Olcay layihədən ayrıldı. 46 illik teatr aktyoru olan Emin, ""Ömər baba"nın insanların zehninə hopduğunu düşünürəm. Məni hər zaman bu adla çağırırlar. Mənə görə, bu hörmətsizlikdir. Ancaq insanlar bunun fərqinə belə varmırlar. 1-2 ildir "Pana film"ə söyləyirəm ki, "Ömər baba"nı öldürün, yoxsa mən öldürəcəm. Bu xarakter artıq bitdi, mən proyektdən ayrıldım. Artıq yeni mövsümdən etibarən mən olmayacam. Onlar nə qədər istəyirlərsə, davam etsinlər. Yolları açıq olsun!" - deyə müsahibə verib.

Acı bağırsaq kimi uzanan seriallar tamaşaçıları da öldürdü...

Günel Həbib

O.M.