Bekhem oğlu ilə birgə qəzaya düşüb

Bekhem oğlu ilə birgə qəzaya düşüb

1 Dekabr 2014 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Şənbə günü tanınmış futbolçu, 39 yaşlı Devid Bekhem "Arsenal"da çalışan 15 yaşlı oğlu Bruklinlə avtoqəzaya düşüb.

Mediainfo.az-ın verdiyi məlumata görə, oğlunu məşqdən gətirməyə gedən sabiq futbolçunun avtomobilinə qəflətən qarşıdan gələn maşın çırpılıb. Sürücü qadın və qızı şok içərisində olduqlarından Bekhem hər ikisinə yardım göstərib. Halbuki, öz avtomobili parçalanmış vəziyyətə düşüb. Ata və bala futbolçuların həmin maşından sağ-salamat çıxması hadisə şahidlərinin təəccübünə səbəb olub.

Günel Həbib