Emrah körpəsinin fotolarını 50 min AZN-ə satacaq!

Emrah körpəsinin fotolarını 50 min AZN-ə satacaq!

1 Dekabr 2014 13:37
Bəyəndim (0) Bəyənmədim (0)
"Bizi gözəl xatırlasınlar deyə..."

Mediainfo.az xəbər verir ki, yeyinti məhsulunun reklam çarxının siması olan Emrah şirkətlə bir illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, müğənninin hesabına 2 milyon 800 min TL (təqribən 1 milyon 450 min AZN) pul yatırılacaq.

Xəsisliyinə görə "Ən simic müğənni" adına sahib olan Emrah bununla kifayətlənməyib. O, dünyaya gəlməmiş övladının vasitəsilə də pul qazanmaq eşqinə düşüb.

Xatırladaq ki, müğənninin həyat yoldaşı Sibel Kirer hamiləliyinin sonuncu ayındadır. Bir neçə gündən sonra tanınmış sənətçi ikinci dəfə ata olacaq. Elyas adlı körpənin valideynləri onun fotolarını mediaya 100 min TL-yə (təqribən 50 min AZN) satmağı planlaşdırıblar. "Bu paranı özümüz üçün istəmirik. Həm bizi, həm də oğlumuzu gözəl xatırlasınlar deyə istəyirik", – deyə media mənsublarına açıqlama verən Emrah fotolardan qazanacağı pulları 10 müxtəlif atılmışlar evinə paylayacağını da etiraf edib.

Günel Həbib