21 yaşlı qız ABŞ gözəli seçildi

21 yaşlı qız ABŞ gözəli seçildi

21 İyun 2011 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın Nevada ştatındakı "Planet Hollywood Resort & Casino" mərkəzində hər il keçirilməsi adət halını almış gözəllik müsabiqəsi bazar günü kraliçasını seçdi. 51 nəfərin çıxdığı podiumda 21 yaşlı Alisa Kampanella "Miss USA" adını qazandı. Tacını taxmaq üçün səhnəyə gözqamaşdırıcı paltarla çıxan kaliforniyalı Alisa ölkəsini sentyabr ayında Braziliyadakı "Kainat gözəli" yarışmasında təmsil edəcək.

Qadın bir çiçəkdir. Qulluğunda dursan, açacaq. Qulluqsuz çiçək isə tez solacaq...

Günel Həbib

O.M.