Rikki Martin İsgəndər kababının cazibəsinə yenilmədi

Rikki Martin İsgəndər kababının cazibəsinə yenilmədi

21 İyun 2011 11:55
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni bu gün Türkiyədə konsert verəcək

Təxminən 700 min avroluq büdcəsi olan Beynəlxalq Bursa Festivalı çərçivəsində Riki Martin bu gün konsert verəcək. Dünən Bursaya yollanan səs sənətçisinin qonağı olduğu oteldə günü necə keçirdiyi gün üzünə çıxdı. Qəlyanaltını otağında yeməyi tərcih edən Riki otelin qonaqlarının xahişini yerinə yetirərək xatirə fotoları çəkdirdi. Məkanda türk hamamı və saunadan faydalanan dünya şöhrətli masajla yorğunluğunu atdı. Bursaya gəlmədən haqqında bilgi aldığı İsgəndər kababı yağlı olduğu üçün müğənni pəhrizinə görə ondan dadmadı. Bunun əvəzinə salat, toyuq tərcih etdi. Onun üçün xüsusilə hazırlanmış dondurmanı yeyən Riki otel işçilərinə təşəkkür etdi. "Merinos" stadionunda bu gecə yerli saatla 23.15-də konsert verəcək olan Riki Martin sabah şəhərdən ayrılacaq.

Xəbər olmayan yerdə bu da bir xəbər idi...

Günel Həbib

O.M.