Emi Uaynhaus səhnəyə sərxoş vəziyyətdə çıxıb

Emi Uaynhaus səhnəyə sərxoş vəziyyətdə çıxıb

20 İyun 2011 17:56
683
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur pop ulduzu Emi Uaynhaus İstanbul və Afinadakı şou proqramlarını təcili təxirə salıb. Səbəb açıqlanmasa da, bunun pop ulduzun Belqradda biabırçı çıxışından sonra qərara alındığı istisna edilmir. Belə ki, müğənni səhnəyə sərxoş vəziyyətdə çıxıb və mahnı ifa edə bilməyib. İzdiham müğənnini fitə basıb. Bunun Belqrad tarixində ən pis konsert olduğu bildirilir. Müğənninin nümayəndəsi Emi Uaynhausun öz pərəstişkarlarından üzr istəmək arzusunda olduğunu deyib. Bu hadisədən sonra Böyük Britaniyalı ulduzun Avropa turnesinin taleyi sual altındadır. Belə ki, onun İspaniya və Rumıniyada da konsertləri planlaşdırılıb.

Tamaşaçıları sərxoş etmək üçün səhnəyə sərxoş çıxmaq lazım deyil...

Tofiq Əliyev

O.M.