Tarkanın narkotik şəkli

Tarkanın narkotik şəkli

7 Aprel 2011 15:34
Bəyəndim (0) Bəyənmədim (0)
Türmənin meqa-starı

"Etiler Koğuşu" kitabının altında təcrübəli polis müxbirləri Öndər Şuşoğlu ilə Emrullah Erdinçin imzası var idi. İndi indi isə onların müəllifliyi ilə "Etilerdeki Koğuş 2" bazara çıxır. Heç şübhəsiz ki, bu kitab sənət və maqazin dünyasını ikinci dəfə sarsıdacaq.

İlki 2004-cü ildə nümayiş olunduqdan sonra OXUcularda dərin iz buraxan kitabın ardı gəlir. Budəfəki nəşrdə yolu yerli narkotik şöbələrdən düşən məşhur simaların ifadələrindən şok detallar yer alacaq. Ötən il narkotik əməliyyatı zamanı nəzarət altına alınan Tarkanın polis bölməsində çəkilmiş fotoşəkili də ilk dəfə bu kitabda nümayiş olunacaq. "Etilerdeki Koğuş 2"də Tarkandan savayı bir çox ünlü simanın da adı keçir. Onların narkotik şöbələrdə keçirdikləri saatlar təəccüblü detallarla izah edilir.

O.M.