Xəyalə Manaflı tezliklə yeniliklərini bölüşəcək

Xəyalə Manaflı tezliklə yeniliklərini bölüşəcək

18 İyun 2011 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ta uşaqlıqdan səhnədə fəaliyyət göstərən Xəyalə Manaflı bir müddət öncə deprsiyaya düşməsi haqda məlumat vermişdi. Çoxları da bunu qızcığazın nişan qaytarması ilə əlaqələndirirdi. Guya Xəyalə "N-brothers"in üzvü Anarla ayrıldığına görə deprsiyaya düşüb. Amma o, bütün bunları danır və özünə qapılmasının heç də nişan məsələsi ilə əlaqədar olmadığını vurğulayır. "Artıq hər şey geridə qaldı. İndi gələcək haqda düşünmək lazımdır. Məncə, səhvlərə yol vermişəm ki, indi məndən sonra gələnlər öndədirlər. Sənətdə müğənnilər hər gün artmaqdadır. Gərək yerinin dolmasına imkan verməyəsən. İndən belə daha güclü səylə çalışacağam. "Klan-A-Plan" rep qrupu ilə "Sevgiyə bir addım" adlı bir mahnını lentə yazdırmışıq. Mahnı sözügedən qrupun mərhum üzvü Ryderə həsr olunub. Sentyabrdan etibarən isə daha bir neçə mahnılarımı da tamaşaçıların ixtiyarına verəcəyəm", - deyən X.Manaflı həyatında hələ heç kimin olmadığını da vurğuladı.

Könül Aypara


Könül Aypara