Firuzə İbadovaya ağır itki üz verib

Firuzə İbadovaya ağır itki üz verib

17 İyun 2011 17:55
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artistin yasda halı qəflətən pisləşib


Azərbaycanın əməkdar artisti Firuzə İbadovaya bu günlərdə ağır itki üz verib. Bacısının qudasının yas məclisində iştirak edən sənətçinin vəziyyəti birdən-birə pisləşib. Ağlamaqdan əldən düşən Firuzə xanımı özünə gətirmək mümkün olmayıb. Xeyli çək-çevirdən sonra əməkdar artistin huşu özünə qayıdıb və o, yasa gəlmiş adamların arasından çıxarılaraq sakitliyə aparılıb. Burada da Firuzə xanım heç cür rahatlıq tapmadığından ev sahibəsinə başsağlığı verərək, yas məclisini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Günelin anası həbsdə olduğundan qohumlar arasında məhz xalası Firuzə İbadova quda təmsilçisi kimi iştirak edib.

Onu da əlavə edək ki, 42 yaşında avtoqəzada dünyasını dəyişmiş şəxs Namiq Qaraçuxurlunun prodüsseri Atəşin xalasının əridir. Bu üzdən Rəşad Dağlı, Namiq Qaraçuxurlu başda olmaqla Azərbaycanın tanınmış meyxanaçıları da yas mərasimində iştirak ediblər.

İncəsənət nümayəndələrinin sənətləri kimi ruhları da incə olanda yaxşıdır...

Könül Aypara

O.M.