Ancelina Coli küləyi otelləri doldurdu

Ancelina Coli küləyi otelləri doldurdu

17 İyun 2011 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Hatay bölgəsində suriyalı miqrantlardan sonra indi də Ancelina Coli təlaşı yaşanmaqdadır. Ünlü aktrisanın buradakı çadırlara sığınan 3206 suriyalını ziyarət edəcəyi xəbərləri yayılar-yayılmaz bölgə hərəkətlənməyə başlayıb. Hatayın ən kiçik əyaləti olan Yayladağı dünyanın öndə gedən media qurumlarının canlı yayım maşınları ilə doldu. "Oskarlı" xanımın bu gün Hataya gəlməsi ilə otellərdəki otaqlar tamamilə doldu.

Onu da xatırladaq ki, BMT-nin xoş məramlı elçisi olan Ancelina Coli bu gün qonşu ölkəyə təşrif buyuracaq. Və suriyalıların yanında 5 saat qaldıqdan sonra yenidən gəldiyi kimi də geri dönəcək.

Xeyirxahlıq etmək xeyirxah olmaqdan daha asandır.

Günel Həbib

O.M.