Ancelina Coli Hataya gedəcək

Ancelina Coli Hataya gedəcək

15 İyun 2011 14:01
Bəyəndim (0) Bəyənmədim (0)
Xoşməramlı elçinin növbəti missiyası

Hollivudun "Oskar"lı ulduzlarından olan Ancelina Coli Türkiyənin Hatay bölgəsini ziyarət etmək istəyir. Daha doğrusu o, burada məskunlaşan suriyalılara baş çəkmək istəyir. Alınan bilgiyə görə, ulduz hətta ziyarəti üçün lazımi orqanlara dünən müraciət edib, indi isə onlardan cavab gözləyir.

BMT-nin xoşməramlı elçisi olan Ancelina Coli ən son Liviya-Tunis sərhədində olmuşdu. O, bu bölgədə məskunlaşan qaçqınları ziyarət etmiş, onların halı ilə maraqlanmış, lazımi tədbirlər görmüşdü.

Qəhrəmanlıq yeganə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil.

Günel Həbib

O.M.