Nazpəri İlhamə Quliyeva ilə bağlı yeni faktlar ortaya çıxaracaq

Nazpəri İlhamə Quliyeva ilə bağlı yeni faktlar ortaya çıxaracaq

27 Avqust 2014 14:13
Bəyəndim (0) Bəyənmədim (0)
"Hələ bir instansiya var..."

Qardaşının vəfatından sonra səhnədən ayrı düşən xalq artiti Nazpəri Dostəliyeva növbəti aydan etibarən yaradıcılığa davam edəcəyini bildirib: "Yeni mahnılar yazdırdım. Konsert layihəm də var. Mən özüm üçün yaşamıram. Məndən nə tələb olunursa, hamısını tamaşaçılarıma verəcəm. Mən tamaşaçılarımın mesajlarını oxuyuram, görürüəm ki, onlar mənim üçün necə darıxıblar. Sentyabrın 1-dən artıq iş başında olacam. Yarımçıq qalan işlərimin hamısı tamamlanacaq".

N.Dostəliyeva xalq artisti İlhamə Quliyeva ilə arasında gedən məhkəmə çəkişməsi barədə də danışıb. O, bildirib ki, Ali Məhkəmənin qərarı hələ son deyil: "Hələ bir instansiya da var. Sonda hər şey açıqlanacaq. İlhaməylə bağlı hər şey bilinəcək. Mən də sizə bunlarla bağlı elə açıqlamalar, elə faktlar verəcəm ki..." /aznews.az/

Mediainfo.az