Popçular topçuları geridə qoydu

Popçular topçuları geridə qoydu

13 İyun 2011 11:51
810
Bəyəndim (0) Bəyənmədim (0)
"Forbes"in növbəti hesabatı

Amerikanın ünlü "Forbes" jurnalının illik hesabatına görə, 2010/11-ci illər arası 30 yaşından kiçik 20 ulduz, ümumilikdə, 690 milyon dollar pul qazanıb. Ünlü və gənc zənginlərin başında isə Ledi Qaqa durur.

Skandallı Ledi bu iki il ərzində 170 milyon dolları cibinə qoya bilib. Ümumilikdə, 15 milyon albomu satan müğənni üçün "Apple" və "Amazon.com" şirkətləri bir-birini didib-parçalayıb. Siyahının ikincisi 17 yaşlı Castin Bieber olub. Gənc qızların sevimlisi 53 milyon dollar qazanıb. Kriştiano Ronaldo 38 milyon dollarla siyahının 7-ci, Lionel Messi isə 32 milyon dollarlıq qazancı ilə 9-cu olub.

Popçular topçuları geridə qoysa da olar. Əsas odur ki, gopçular qalib gəlməsin.

Günel Həbib

O.M.