Mahidevran boşandı

Mahidevran boşandı

7 Aprel 2011 12:28
1 200
Bəyəndim (0) Bəyənmədim (0)
Həyat yoldaşından ona yeganə miras soyadı qaldı

"Muhteşem Yüzyıl"ın Mahidevranı - Nur Aysan həyat yoldaşı Murat Aysandan səssiz-sədasız boşandı. Serialda Qanuni Sultan Süleymanın ilk yoldaşı Mahidevranı canlandıran Nur Aysanın 2008-ci ildə evləndiyi Murat Aysanla olan evliliyi sona çatdı. İkinci Ailə Məhkəməsinə müraciət edən cütlük razılaşmalı olaraq boşanmaq istədiklərini söylədi. Murat Aysan məhkəməyə verdiyi ərizədə ruhən və fikir baxımından anlaşılmazlıq içində olduqlarını, bu səbəblə ayrılmağa qərar verdiklərini ifadə etdi. İkili bir-birilərindən maddi və ya mənəvi təzminat tələb etməsə də, aktrisa son xahişinin yerinə yetirilməsi üçün əks tərəfdən izn aldı. Belə ki, o, boşansalar da, yoldaşının soyadından istifadə etmək istədiyini bildirib. Murat Aysan razılaşdıqdan sonra hakim ünlünün bu istəyini qanunlaşdırıb.

P.S. Murat Aysan Nur Fettoğlu ilə tanış olanda Belda Aysan ilə evli idi. Belda Aysan yoldaşının ona xəyanət etdiyini öyrənmiş və boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdi. Və beləliklə, səkkiz illik evlilik 2006-cı ildə sona çatmışdı.

O.M.