Faiq Ağayev cəbhə bölgəsində baş verənlərə biganə qala bilmədi - VİDEO

Faiq Ağayev cəbhə bölgəsində baş verənlərə biganə qala bilmədi - VİDEO

6 Avqust 2014 11:34
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti əsgərləri "Marş" mahnısı ilə ruhlandırmağa çalışdı

Xalq artisti Faiq Ağayev cəbhə xəttində yaranmış gərginliklə bağlı münasibətini vətənpərvər çağırışlı mahnı ilə bildirdi.

"Son olaylara münasibətimdir bu, dostlar, Allah Azərbaycan əsgərini qorusun!" – deyən F.A.-nın "Marş" adlı mahnısının musiqisi Nailə Mirməmmədliyə, sözləri A.Qurbaniyə məxsusdur.

Səsimə səs versin Vətən elləri,

Kükrəyib bəndləri qıxmaq vaxtıdır!

Yurduma uzanan qara əlləri

Dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır!

Bayrağa döndərib qanlı köynəyi,

Şuşa qalasına taxmaq vaxtıdır!

Haydı , Misri-Qılınc, haydı, Koroğlu,

Haydı bu torpağın igid, nər oğlu,

Yenilməz vətənin hünərvər oğlu,

Hazır ol, səfərə çıxmaq vaxtıdır!

Mediainfo.az