Tolik: "Şəhidlərin qırxı çıxmayana kimi heç bir təşkilatçılıq işi etməyəcəyəm"

Tolik: "Şəhidlərin qırxı çıxmayana kimi heç bir təşkilatçılıq işi etməyəcəyəm"

5 Avqust 2014 01:25
Bəyəndim (0) Bəyənmədim (0)
Aygün Kazımovanın konserti təxirə salındı

Mediainfo.az-ın əldə etdiyi məlumata görə, xalq artisti Aygün Kazımovanın avqustun 22-nə təyin olunmuş Nabran konserti təxirə salınıb. Bu barədə konsertin prodüseri Tarix Əliyev (Tolik) sosial şəbəkələr vasitəsilə oxucularına bildirib:

"Aygün Kazımovanın Nabranda 22 avqust tarixinə təyin etdiyi konsertini təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpaqda gəzən hər bir vətəndaşın uğrunda olmuşdur. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır! Yaxınımız öləndə hansı qohum-əqraba toya, konsertə gedir? Heç kim. Ona görə də bəzi şeyləri istisna etməklə (işimlə əlaqədar olaraq) Şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi etməyəcəyəm"

Mediainfo.az