Elşad Xose şəhid əsgərləri və qaçqın-köçkünləri tənqid edib! - VİDEO

Elşad Xose şəhid əsgərləri və qaçqın-köçkünləri tənqid edib! - VİDEO

3 Avqust 2014 11:46
Bəyəndim (0) Bəyənmədim (0)
Reper "parti"dən qalmaq istəməyib

Dünən Elşad Xose hovuzda çəkilmiş şəklini İnstaqram səhifəsində yerləşdirmişdi. Bununla da reper Azərbaycan ordusunun verdiyi itkilərə biganə yanaşdığını sübuta yetirmişdi. İzləyicilərin sərt tənqidlərinə kobud reaksiya verən Elşad qaçqın və məcburi köçkünlərin ünvanına ağır sözlər səsləndirmiş, üstəlik bu gün Nabranda keçiriləcək əyləncəyə qatılacağını əlavə etmişdi.

"Camaat istirahət etməsin ki, matəmdir? Axı matəm deyil. Bayrağı salanda biz də matəm edərik. Bu gün Nabranda əyləncə də keçirəcəyik. Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah rəhmət eləsin. Onlar nə üçündür bəs? Əsgər ölməyə gedib də... Qaçqınlar indi "xod gedir". Yaxşı oğlanlar idiniz, orada axıradək dayanardınız. Mən sənin yerinə gedib torpaq alacam?".

Ardınca E.Xose izləyicilərinin tənqidlərinə paylaşdığı video ilə cavab verdi. Küçə söyüşlərindən ibarət olan video ölkədə səs-küyə səbəb oldu. Elşad Xose yaranan qalmaqalla bağlı yenə də soyuqqanlı şəkildə açıqlama verdi:

"Mən vətənə görə ölməyə hazıram, amma bu saxta vətənpərvərlər üçün yox. İnanın ki, heç bir dəfə Şəhidlər Xiyabanında olmayan indi vətənpərvər olub. Mən Elşad Xose bu 15 il yaradıcılığımda heç vaxt vətənpərvərlik haqda mahnı yazmadım. İçimdə belə bir hiss var ki, haqqım çatmır bu haqda mahnı yazmağa. Bir vətən ki, yarısı alınıb, burda boş-boş oxumağın nə xeyri?! Ali baş komandan əmr versə ki, ümumi mobilizasiya var, qabaqda oxuya-oxuya getməyən itin balasıdır. Bir şey ki, matəm elan olunmayıb, bayraq salınmayıb, TV-lərdə konsertlər gedir, amma mənim hovuzda çəkdirdiyim şəkil bu şərəfsiz kompüter arxasında kişi olanlara pis təsir edir. Əsgərlər ölüb, şəhid olub, Allah rəhmət eləsin! Biz indi istirahət etməyək?! Bu axı nə dərəcədə düzgündür?!

İki "parti"si olduğunu və onlardan ikisini də təxirə saldığını deyən Elşad Xose buna görə insanları narazı saldığından narahatdır:

"Amma bunlar İnstagramda məni söyür. Qızlar elə söyüşlər yazırlar ki…"

Mediainfo.az