Adriananın çılpaq rəsmləri internetə düşdü
"O mən deyiləm"
Braziliyanın super-modeli Adriana Lima ötən il "V" jurnalının üz qabığına çıxmışdı. İlk uşağının doğumundan sonra çılpaq pozalar verərək, bir növ vücudunun gözəlliyini, təravətini qoruyub saxladığını nümayiş etdirən Limanın başı indi o fotolarla dərddədir. Belə ki, bəzi məhrəm yerləri "V" loqosu ilə bağlanan modelin bu foto-sessiyasının ilk versiyalı fotoları internetə düşdü. Rəsmləri internetə kimin sızdırdığı naməlumdur. Ancaq bircə o məlumdur ki, Adriana "V" jurnalı ilə məhkəmə görüşəcək.
Soyunan özü, məhkəməyə də verən özü. Lap bizim şou biznesdəki məşhur bir cümləyə oxşadı: "O mən deyiləm!"
Günel Həbib
O.M.
Digər xəbərlər