Gecə saatlarında Bəyazın qonaqları olacaqlar

Gecə saatlarında Bəyazın qonaqları olacaqlar

10 İyun 2011 12:58
811
Bəyəndim (0) Bəyənmədim (0)
Qaliblərimizin məşhurluğu sərhədi aşdı

Azərbaycanı builki "Eurovision 2011" mahnı müsabiqəsində layiqincə təmsil edən Nigar və Eldar demək olar ki, gündəmdən düşmür. Məhz elə bu səbəbdən də duet həmkarları Türkiyənin "Bəyaz şou"sunun qonağı olacaqlar. Artıq ekranlarda uzun müddətdir yayımlanan bu tok-şou tamaşaçı rəğbətini qazanmaqla, aparıcısına və rəhbərliyə də xeyli pul qazandırıb. Hətta onun sayəsində aparıcısı bu gün Türkiyənin ən varlı şou-biznes nümayəndələrindən biridir.

Haşiyədən çox kənara çıxmadan qeyd edək ki, qaliblər bu gün yerli vaxtla 01.00-da Türkiyənin "Kanal D" kanalından canlı-canlı görüşümüzə gələcəklər. Rus və ingilis dilində səlis danışan Ell və Niki yəqin ki, türk dilində də problemsiz danışaraq, bizi utandırmayacaqlar. Amma yaxşısı budur ki, elə Azərbaycan dilində danışsınlar. Axı biz azərbaycanlıyıq...

Bizimlə qalın! Çünki "Eurovision"çularımızın "Bəyaş şou" macəraları haqda ilk və obyektiv xəbəri bizdən alacaqsınız.

Günel Həbib

O.M.