Eldarla Nigarın iyun planlarında nələr var?

Eldarla Nigarın iyun planlarında nələr var?

9 İyun 2011 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, "Eurovision-2011"də Azərbaycana qalibiyyət sevincini yaşadan Eldar Qasımov və Nigar Camal Türkiyədə keçiriləcək "Türkvision" musiqi festivalında çıxış edəcəklər. Belə ki, iyunun 14-də başlanacaq bu festivala azərbaycanlı müğənnilər xüsusi dəvət alıblar. Denizlidə təşkil olunacaq festivalda 20-dən artıq ölkə sənətçisi türk dilində mahnılar səsləndirəcək. Türkiyənin tanınmış sənətçisi Keremcem də Eldar və Nigarla birgə festivalın xüsusi qonaq sənətçiləri sırasında səhnəyə çıxacaq.

Üç gün davam edəcək "Türkvision" musiqi yarışması Delikliçinar Meydanı və Açık Hava Teatrında keçiriləcək. Bu yarışma Türkiyənin "TRT" kanalı ilə canlı yayımlanacaq. İyunun 16-da isə "Eurovision-2011"in qalibləri Türkiyədə keçiriləcək gözəllik müsabiqəsində çıxış edəcəklər. Bu müsabiqəyə isə dünyanın 30-dan artıq ölkəsindən iştirakçı qatılacaq.

Avropanı fəth edən müğənnilərimiz bu dəfə Türk dünyasının fatehi olmaq istəyirlər.

Könül Aypara

O.M.