Flora Kərimova payızda əməliyyat olunacaq

Flora Kərimova payızda əməliyyat olunacaq

7 İyun 2011 14:42
1 045
Bəyəndim (0) Bəyənmədim (0)


Xalq artisti Flora Kərimova son vaxtlar gözlərindən şikayətlidir. Belə ki, bir neçə il öncə gözaltı problemlərindən əziyyət çəkən sənətçi çox düşünüb-daşındıqdan sonra əməliyyata üz tutmalı olub. Amma uğursuz əməliyyat nəticəsində gözlərinin altı daha da eybəcər hala salınıb. Elə o vaxtdan da Flora xanım eynəklə gəzməyə məcbur olub. Bundan başqa, qorxusundanmı, ya xoşagəlməz effektin alınacağındanmı ehtiyatlandığı üçün bir daha əməliyyat stoluna uzanmaq istəmir.

Amma əldə etdiyimiz məlumata görə, F.Kərimova məhz qızının öyüd-nəsihətlərindən sonra yenidən göz ətrafı nahiyələrində əməliyyat etdirməyə razılıq verib. Onu da əlavə edək ki, əməliyyat payız fəsli üçün nəzərdə tutulub. Yay aylarında doğmalarını ziyarət etmək üçün xarici ölkəyə səfər edəcək sənətçimiz payızdan etibarən xalqın qarşısına eynəksiz çıxacaq.

Gözləri əməliyyat olsa da qəlbinin gözü hər zaman sərrast görür.

Könül Aypara

O.M.