Nura Suri burnundan əməliyyata hazırlaşır

Nura Suri burnundan əməliyyata hazırlaşır

7 İyun 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənnini filmdən qovdular

Son vaxtlar xeyriyyəçiliklə məşğul olan Nura Surinin, sən demə, burnuna qarşı kompleksi varmış. Müğənni tezliklə burnundan əməliyyat olunmaq istəyir. "Bir müddət öncə məni aktrisa kimi sınadılar və festivala göndərilmiş "Aktrisa" filmində baş rola dəvət etdilər. Amma fotosessiya zamanı burnumdakı kiçik əyrilik gözə çarpdı deyə, məni uzaqlaşdırmalı oldular. Əslində, heç də incimədim. "Aktrisa"ya çəkilən aktrisa həqiqətən də gözəl olmalı idi. Bir qədər götür-qoy etdim, sonda yenidən burun əməliyyatı keçirməyə qərar verdim. Necə olmasa, mən də gün boyu səhnədəyəm və xalqla ünsiyyətdəyəm. Gözəl, qüsursuz görünməliyəm efirdə. Tezliklə əməliyyata!" - deyən Nura burun əməliyyatına əslində ehtiyac olmadığını, sadəcə olaraq, özündə kompleks yarandığını da dilə gətirdi.

Görəsən, burun əməliyyatından sonra Nuranın səsində də dəyişiklik yaranacaqmı? Yəni yenə də onun müğənni olduğuna şübhə ilə yanaşacağıq?

Könül Aypara

O.M.