Kardaşyan çox qürurludur, çünki...

Kardaşyan çox qürurludur, çünki...

7 İyun 2011 12:14
1 300
Bəyəndim (0) Bəyənmədim (0)

İlin haqqında ən çox danışılan qadınlarından biri olan Kim Kardaşyan "Cosmopolitan" jurnalının Avstraliya versiyası üçün etiraf edib: "Qürur duyuram!"

Qısa müddət bundan öncə basketbolçu sevgilisi ilə sürpriz şəkildə nişanlanan Kim vücudunu, özəlliklə də arxasını çox bəyəndiyini söyləyib. 30 yaşlı model-aktrisa yarı erməni olduğunu və atasına tərəf çəkdiyini də qeyd edib: "Qəbul edirəm, bir az böyükdür. Ancaq mütəmadi olaraq idman edərək, vücudumu formada saxlayıram. Əsas odur ki, arxam yüzdə-yüz təbiidir". Podyumdakı bədən modellərini heç bəyənmədiyini söyləyən erməni qızı, "Qadın gərək bir az ətli-budlu olsun", - deyə əlavə etməyi unutmayıb.

Erməni başqa nə ilə qürur duya bilər ki?

Günel Həbib

O.M.