Ledi Qaqa "Google"nin sahibi ilə şərik olur

Ledi Qaqa "Google"nin sahibi ilə şərik olur

6 İyun 2011 18:16
Bəyəndim (0) Bəyənmədim (0)
Texnologiya və əyləncə bir arada

Ledi Qaqa ilə "Google"nin prezidenti Erik Smidt texnologiya ilə əyləncəni bir araya gətirməyə hazırlaşır. Ledi Qaqanın internet marağı tükənmir ki, tükənmir. Müğənni "Google"nin icraçı direktoru və onun meneceri Troy Karterlə şərik olmağa hazırlaşır. Onlar "Backplane" adlı proyektdə bir araya gələcəklər. Hələ ki bəzi sınaqlardan keçirilən bu layihədə markaların onlayndakı varlıqlarını bir araya gətirən və istifadəçilər üçün həm texnologiya, həm də əyləncə baxımından bir platforma yaranacaq.

Hələ detalları açıqlanmasa da, Qaqanın Amerika Futbol liqası və digər ulduzlarla bu proyekt çərçivəsində anlaşma apardığı müəyyən edilib. "Backplane"nin 20 faizinə sahiblik edəcək olan dünya şöhrətli ulduz saytın dizaynında öz tərzini əks etdirməyi bacarıb.

Yəqin ki, iki kişidən və Ledi Qaqa kimi xanımdan əmələ gələn bu "körpə" çoxlarının üzünü güldürəcək.

Günel Həbib

O.M.