10 ilin ən cazibədarı O oldu!

10 ilin ən cazibədarı O oldu!

6 İyun 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Unudulmaz "Friends" serialının ulduzu Cenifer Eniston Los-Ancelesdə təşkil edilən "Spike TV" ödüllərində "son 10 ilin ən cazibədar qadını" mükafatını alıb. Megan Foks, Skarlet Yohansson və ya əzəli rəqibi Ancelina Coli deyil, 10 ilin ən cazibədar xanımı Cenifer Eniston oldu. Əslində 42 yaşlı aktrisa mütəmadi olaraq saxladığı pəhriz və idmanın ödülünü alıb. Gecəyə şıq, ancaq sadə "Azzedine Alaia" imzalı paltarla, "Manolo Blahnik"dən olan hündürdaban ayaqqabıları ilə qatılan Hollivud gözəli yenə göz qamaşdırıb.

Xatırladaq ki, romantik komediyaların vaz keçilməz üzü olan Eniston karyerasına 1994-cü ildə "Friends" serialı ilə start vermişdi. Və bir anda bütün dünyanın sevdiyi bir ismə çevrilmişdi.

Qadının silahı onun gözəlliyidir.

Günel Həbib

O.M.