Çina: "Aysel Teymurzadə də konsertimdə iştirak edəcək"

Çina: "Aysel Teymurzadə də konsertimdə iştirak edəcək"

4 İyun 2011 19:43
Bəyəndim (0) Bəyənmədim (0)

"Yeni Ulduz" müsabiqəsinin yetirmələrindən olan daha bir müğənni Çingiz Mustafayev də solo konsertə hazırlaşır. "11 iyunda ‘'Metkarting"də ilk solo konsertim olacaq. Həm də ilk klipimin və albomumun da təqdimatını keçirəcəyəm. Dostlarımdan Röya Ayxan, Ədalət Şükürov, Rəhim Rəhimli, Zamiq Hüseynov, Samirə, "Klan-a-Plan", Abbas Bağırov, məşhur DJ Emin və başqaları iştirak edəcəklər. O cümlədən ən yaxın dostum Aysel Teymurzadə də gələcək. Söz verib", - deyən Çina tanınmış DJ, həm də adaşı olan Çingiz Mustafayevi də konsertinə dəvət edib.

Ola bilər ki, Aysel konsertə gələcəyinə söz versin, Çingizin xətrinə dəyməmək üçün. Amma deyilənə görə, o, heç də dostluqda vəfalı deyil. Bunu Araş da təsdiqləyər...

Könül Aypara

O.M.