Parlayan ulduz 275 minə Türkiyəyə gəlir

Parlayan ulduz 275 minə Türkiyəyə gəlir

3 İyun 2011 17:24
1 006
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin ən uzun ömürlü mədəniyyət tədbirlərindən biri olan "Beynəlxalq Bursa Festivalı" bu il 50-ci dəfə sənətsevərlərlə görüşür. 1.5 milyon dollar büdcəsi olan tədbirdə ulduzlar keçidi gözlənilir. Hətta festivalın səhnəsini bu il yerli müğənnilərlə yanaşı, Riki Martin də bəzəyəcək. O, 275 min avro qonorar aldıqdan sonra mikrofonu əlinə götürəcək. Qeyd edək ki, festival 17 iyunda başlayıb, 30 iyula qədər davam edəcək. Festival çərçivəsində Ajda Pekkan, Gipsi Kinq, Kubat, Zara, İlhan Şeşen, Neco və s. də səhnədə görünəcək.

Pulun var, gələrəm...

Günel Həbib

O.M.