40 min nəfər Bihteri anacaq!

40 min nəfər Bihteri anacaq!

3 İyun 2011 17:12
891
Bəyəndim (0) Bəyənmədim (0)
24 iyun böyük gündür

"Aşkı memnu" izləyiciləri Bihterin ölüm il dönümündə onu anacaqlar. Ötən il 24 iyunda ekranlarla vidalaşan "Aşkı Memnu"da ifa etdiyi rolu ilə yaddaşlara həkk olunan Bihterin ölüm il dönümü "Facebook"da anılacaq. "Ölümünün 1-ci il dönümündə səni unutmadıq, Bihter", - deyə ən az 40 min istifadəçi onu yada salacaq. Və onlar Bihterə bu sözlərlə səslənəcəklər: "Məni, məni, Bihterini - deyə getdiyin yerə bizi də apardığın o günü unutmadıq. Ölümünün 1-ci ilində səni acı içində anacağıq. Səndən sonra qarşımıza nə qədər Fatmagüllər çıxarsalar da, sənin yerin bizdə tam başqadır. Ruhun şad olsun..."

Qəhrəmanlar heç vaxt ölmür. Söhbət filmdən getsə belə.

Günel Həbib

O.M.