Emin Ağalarov Eldarla Nigarı təbrik edib

Emin Ağalarov Eldarla Nigarı təbrik edib

3 İyun 2011 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın "Lotto Plaza" ticarət mərkəzinin "Zafferano" restoranında keçirilən qonaqlıq mərasimdə Eldar və Nigar onlara uğur gətirən "Runnig scared" mahnısını ifa ediblər. Tədbiri giriş sözü ilə açan Rövşən Əsgərov həmyerlilərimizin Azərbaycanın mədəni həyatında qazandıqları ən böyük uğurundan danışıb. O, duetin uğurunun bütün Azərbaycanın qələbəsi olduğunu bildirib. Rusiya mətbuatının və tanınmış yerli şou-biznes nümayəndələrinin qatıldığı mərasim açıq havada keçirilib. Gecədə Rusiya şou-biznesinin tanınmış nümayəndələri - Katya Lel, "Çay v dvayom" qrupu, Diana Qurtskaya və başqaları iştirak ediblər. Gecədə Eldar və Nigarla birlikdə səhnəyə həmçinin Emin Ağalarov da çıxıb. "Vonder" albomundan olan mahnılarını ifa edən Emin Ağalarov səhnədən Eldar və Nigarı böyük qələbə münasibəti ilə təbrik edib və onlara yeni qalibiyyətlər arzulayıb.

Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı.

Bəhram Mustafabəyli

O.M.