Defne Coy Foster niyə öldü?

Defne Coy Foster niyə öldü?

3 İyun 2011 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Təxminən 4 ay bundan öncə vəfat edən Defne Coy Fosterin ölüm səbəbi dəqiqləşdi! Aylardır davam edən ekpertizanın sonuncu hesabatında aparıcı xanımın astmadan, spirtli içkidən və qəbul etdiyi dərmanlardan öldüyü bildirildi. Həkim Haluk İncə, "Qanında aşkarladığımız dərmanlar spirtli içki ilə qarışdıqda ürəyin fəaliyyəti dayana bilər. Biz də sonda bu nəticəyə gəldik", - dedi.

Xatırladaq ki, 32 yaşlı Defne Coy Foster "Sihirli annem" serialı ilə tanınmışdı. Sonradan aparıcııq edən aktrisa "Yok böyle dans" yarışmasında da adından bəhs etdirmişdi. Evli və 1 oğul anası idi.

Kaş ki, milyonların sevimlisi ölümünə qalxan o qədəhləri içməsəydi...

Günel Həbib

O.M.