58 gündə əridilər

58 gündə əridilər

1 İyun 2011 13:39
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyənin "Şou" telekanalında artıq uzun müddətdir yayımlanan, ətrafına izləyici kütləsi toplayan, reytinqli "Survivor" yarışmasının finalına sayılı günlər qalıb. Ölüm-qalım arasında mübarizə aparan yarışmaçılar eyni zamanda rəqiblərini geridə qoymaq, yarışmada qalmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar. Aclığa, susuzluğa, pis hava şəraitinə, həşəratlara və s. tab gətirən oyunçular hər şeyə finalda masanın üstünə qoyulan 250 min avroya görə dözürlər. Görəsən, buna dəyərmi?

Artıq 58 gündür Dominikan Respublikasında yarışan "Ünlülər və Könüllülər" demək olar ki, bu günlər ərzində əriyiblər. Orta hesabla iştirakçılar ən az 10 kq arıqlayıblar. Onları əridən pəhriz siyahısı bu cürdür: "Səhərlər yarım ədəd kakos, günorta iki ədəd banan, axşamlar duzlu okean suyunda qaynadılmış banan, tilova keçərsə, həftədə bir dəfə yağsız okean balığı və gün boyu bol-bol hərəkət, idman". Onu da xatırladaq ki, 14 nəfərdən ibarət olan iştirakçılardan hazırda cəmi 4-ü qalıb.

"Hadi, 250 min avroya doğru hücum!"

Günel Həbib

O.M.