Nura Suri həmkarlarından yalnız 4 nəfəri ətrafına yığa bildi...

Nura Suri həmkarlarından yalnız 4 nəfəri ətrafına yığa bildi...

1 İyun 2011 13:12
1 737
Bəyəndim (0) Bəyənmədim (0)

Üç uşaq anası olan Nura Suri Uşaqların Beynəlxalq Müdafiəsi Günündə atılmış, ana-ata nəvazişindən məhrum olan uşaqları da öz övladlarından ayırmayıb. "Uşaqlara möcüzə bağışla!" adlı aksiyaya təşkilatçılıq edən Nuraya bu boyda şou-biznesimizin nümayəndələrindən yalnız Natəvan Həbibi, Elnur Məmmədov, Samir Cavadzadə və bəstəkar Sədaqət Rəşidqızı qoşulublar. Aksiya iştirakçıları Suraxanıda yerləşən 7 saylı internat məktəbinə baş çəkiblər. Uşaqların həyatı ilə maraqlanıb, onlara təsəlli veriblər. Bundan başqa, konsert proqramı ilə çıxış edərək, hər birinin əhvalını yüksəltməyə çalışıblar.

Müğənnidən nə gözləmək olar? Mahnıları belə böyük hədiyyədir. Buna da şükür! Elələri var ki, bu əziz gündə valideyn qayğısı görməyən, həyatın enişli-yoxuşlu yollarında təmtəkcə qalan sahibsiz uşaqları da unudurlar. Amma fəxri fərmanlarla təltif olunmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Ancaq, necə deyərlər, xalqın gözü tərəzidir.

Könül Aypara

O.M.