Gülben üçün bığlarını kəsdi

Gülben üçün bığlarını kəsdi

1 İyun 2011 11:58
959
Bəyəndim (0) Bəyənmədim (0)

Mustafa Sandalla Gülben Ergenin duet oxuduqları "Şıkır-şıkır" sinqalı bu həftə sonu rəflərdə yerini alacaq. Mahnının söz yazarı olan Mustafa Sandal misirli həmkarı Amr Mostafanın məhz onun üçün yazdığı və hədiyyə etdiyi bəstə üçün klip çəkdirdi. "Baş rolda aşk" adlı filmdə bığlı rol almasına baxmayaraq, Sandal klip üçün bığlarından vaz keçdi. Və bir müddətlik filmdə taxma bığlarla iştirak edəcək. "Bu yay Gülbenlə mənim yayım olacaq", - deyən Musti şəxsi maxi-sinqalını da sentyabr ayında satışa çıxaracaq. Yeni layihəsində öz bəstələri ilə yanaşı, həyat yoldaşı Eminanın da mahnıları yer alacaq.

Digər tərəfdən Gülbenin əri ilə boşanma işinin ilk iclası 30 sentyabrda baş tutacaq.

Bu məlumatla bir daşla iki quş vurmuş olduq.

Günel Həbib

O.M.