Şakira sevgilisi ilə ərəb rəqsi oynadı

Şakira sevgilisi ilə ərəb rəqsi oynadı

31 May 2011 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ana dili ispan dili olsa da, əsasən mahnıları ingilis dilində ifa edən Şakira ən böyük arzusunu açıqladı. "Mawazine World Rhythms" adlı musiqi festivalının mətbuat konfransında söz alan müğənni bir gün bütün bir albom olmasa da, ərəb dilində mahnılar ifa etmək arzusunda olduğunu açıqladı: "Ərəb dilində albom çıxartmaq həqiqətən çətin olar. Bunun üçün ilk öncə bu dili öyrənməliyəm. Ancaq bu sınağa tamamilə hazıram. Bir gün həyatımda bu cür dəyişiklik etmək istəyərəm".

Dünya şöhrətli xanım haqda daha bir xəbər: "Barselona" çempionluğu əldə etdikdən sonra sponsoru Türk Hava Yolları ilə vətənlərinə tərəf üz tutublar. İlk öncə təyyarədə şirkət tərəfindən məhz onlar üçün hazırlanmış tortu kəsdilər. Daha sonra isə Şakiranın konsertinə getdilər. Şakira barselonalı sevgilisi Gerard Pique və onun həmkarlarına səhnədə mahnı oxuya-oxuya ərəb rəqsi oynamağı öyrədib.

Şakira ərəb dilini öyrənmək istəyirsə, bir müddət Dubayda yaşamağı məsləhətdir. Dubayda o, çox şey öyrənəcək...

Günel Həbib

O.M.