Xuraman Şuşalı ana oldu!

Xuraman Şuşalı ana oldu!

29 May 2011 18:15
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin oğlu olub

Azərbaycan səhnəsinin nazlı-qəmzəli müğənnisi Xuraman Şuşalı nəhayət ki, 9 aydır yolunu səbirsizliklə gözlədiyi balasına qovuşdu. Bəli, bəli, düz oxudunuz. Xuraman Şuşalı ana oldu! Bu gün gecə saatlarında - təxminən saat 01.30-da Xuramanın oğlu dünyaya gəldi. Müğənni gözünün ağı-qarasını Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda təbii yolla dünyaya gətirdi. Aldığımız məlumata görə, Xuramanın və balacanın səhhətində heç bir problem yoxdur. Ulduz çox güman ki, xəstəxananın lüks palatasında bir neçə gün nəzarət altında tutulacaq.

Gözünüz aydın...

Könül Aypara

O.M.