Tatlısəsin dönüş tarixi bəlli oldu

Tatlısəsin dönüş tarixi bəlli oldu

28 May 2011 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

14 martdakı silahlı hücumda ağır yaralanan İbrahim Tatlısəs 8 apreldən bu yana Almaniyada müalicə alırdı. İmperatorun vücudu müalicələrə güclü müsbət təsir göstərdiyi üçün Almaniyadan sevindirici xəbər gəldi. Üzündəki iflicə 80 % qalib gələn İbo dünən həkimlərin yardımı olmadan tək başına gəzməyə başlayıb. O, xəstəxananın parkında 12 dəqiqə gəzərək, həm ailəsini, həm də həkimləri təəccübləndirib. 25 günlük fiziki müalicədən sonra imperator iyun ayının ilk həftəsində vətəninə dönəcək. Bu arada müğənninin xəstəliyinin sağalmasını gözləyən heyranları onun üçün xüsusi bir mahnı yazdılar. İnternetdə ən çox dinlənən və yüklənən sinql eyni zamanda İbrahimin pis günlərində böyük dəstəkçisi olub.


Günel Həbib