Eldarla Nigar haqda gəzən xəbər uydurma çıxdı

Eldarla Nigar haqda gəzən xəbər uydurma çıxdı

27 May 2011 16:28
1 149
Bəyəndim (0) Bəyənmədim (0)

Srağa gündən etibarən bir sıra KİV-də Eldar Qasımov və Nigar Camalın dünyanın ən nəhəng səsyazma studiyalarından biri ilə albom buraxmaq üçün "Universal Music" səsyazma şirkəti ilə müqavilə imzaladıqları haqda xəbərlər yer almaqdadır. Hansı ki, sözügedən şirkət Selin Dion, Eminem, Enrike Iglesias, Corc Maykl, Meray Keri, Nelli Furtado, Rihanna, Babyface, Backstreet Boys, The Black Eyed Peas, Brayn Adams, Krayq David, David Guetta və başqa dünya ulduzları ilə işbirliyi qurub. "Universal Music" şirkətinə dünyanın ən nəhəng musiqi nəşri "Universal Music Publishing Group" rəhbərlik edir. Baş ofis Vivendi SA Parisdə, ABŞ-da isə Nyu-York şəhərində yerləşir.

Amma sən demə, bütün bunlar yalnız söz-söhbət imiş. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov mətbuata açıqlamasında bu xəbərin həqiqətəuyğun olmdığını söyləyib:

- Eldar və Nigarın "Universal Music" səsyazma şirkəti ilə əməkdaşlığa başladıqları haqda xəbər doğru deyil. Kütləvi informasiya vasitələrində yayılan bu xəbərlərə inanmayın, nə oldu yazırlar. Amma bir daha təkrar edirəm ki, bu məlumat düzgün deyil.

Könül Aypara